Ozan İpək üçün “Beşiktaş”ın qapıları açıqdır

16 Oktyabr 2012 13:01 (UTC+04:00)
Beşiktaş klubunun baş məşqçisi Səməd Aybaba Bursasporun heyətindən kənarda qalan Ozan İpəyi transfer edə biləcəklərini deyib.

Goal.com yazır ki, Türkiyə Super Liqasının son 3 oyununu məğlubiyyətlə başa vuran ağ-qaraların baş məşqçisi Aybaba Trabzonspor ilə oynayacaqları oyun öncəsi bu açıqlamanı verib.

Qış transfer dönəmində sol cinaha oyunçu almağı düşünmədiklərini deyən məşqçi hücumçu mövqeyinə bir oyunçu alacaqlarını qeyd edib.

Elman Bakuvi
AzNews.az