Daha bir məscidə hücum- 20 ölü + Fotolar

26 İyun 2015 19:04 (UTC+04:00)


"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, İmam Sadiqə Cümə namazı əsnasında intihar hücumu təşkil edilib. Hadisə zamanı 13 nəfər ölüb, 50-dən çox vətəndaş isə yaralanıb. Məscidin şəhərdəki şiələrin ən çox istifadə etdiyi məscid olduğu və hücum anında 2 min məfərin ibadət etdiyi bildirilib.

İŞİD hücum barədə açıqlama yayıb. Terror qruplaşması bombalı şəxsin Əbu Süleyman əl-muvahid olduğunu bildirib.

Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistandakı şiə məscidlərində intihar hücumlarını İŞİD öz üzərinə götürmüş, partlayış zamanı 20 nəfər dünyasını itirmişdi.