Fanatları Elnarəyə görə izdiham yaratdılar – FOTOSESSİYA

16 Oktyabr 2012 13:14 (UTC+04:00)
Bu gün tanınmış teleaparıcı Səxavət Nurun təqdimatında "İmza mən" verilişinin növbəti çəkilişi baş tutub. AzNews.az-ın məlumatına görə, verilişin budəfəki qonağı olan tanınmış müğənni Elnarə Xəlilova maraqlı açıqlamalarıyla diqqət çəkib. O, Türkiyədə çəkdirdiyi "Centlemen" mahnısına çəkilən klip ətrafında yaranan söz-söhbətin yaranmasına yenidən toxunub:

"Türkiyəli komanda tərəfindən ərsəyə gələn klipin büdcəsi heç də 71 min manat deyil. Türkiyədə müqavilə bağladığım musiqi şirkətinin əməkdaşları mənə klipin 71 min avroya çəkildiyini açıqlamağımı dedilər".

Veriliş zamanı əvvəlcədən jurnalistlərin müğənni haqqında səsləndirdiyi fikirlərlə bağlı Elnarə münasibətini açıqlayıb. O, onu özündənrazı və təkəbbürlü insan kimi qeyd edən jurnalistlərlə razılaşıb: "Niyə də özümdən razı olmayım? Bəs bu qədər işləri kimin üçün görürəm? Hər şeyin öz yeri var. Mənim özümdən razı qalmağıma səbəb gördüyüm işlərimin nəticəsidir".

Veriliş bitdikdən sonra Elnarəni izləyən fanatları onunla görüşdülər. Fanatlar izdiham yaradaraq müğənniylə şəkil çəkdirmək və ondan imza almaq üçün növbəyə düzüldülər. Qeyd edək ki, Xəzər Televiziyası və Araz Radiosunun (103.3 FM) efirində yayımlanan "İmza mən" verilişini hər həftənin cümə günü saat 19:00-da izləyə bilərsiniz.

"İmza mən" verilişinin informasiya dəstəyi AzNews.az saytıdır.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az