Moskva erməniləri də etiraz aksiyası keçirib

26 İyun 2015 22:12 (UTC+04:00)




Publika.az "Armeniya Today"ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında Moskvanın mərkəzinə toplaşan bir qrup erməni etirazçı Ermənistanda elektrik enerjisi tariflərinin görə mitinq keçirənlərə dəstək nümayiş etdirərək küçəyə çıxıb.


Nümayişin dinc xarakter daşıdığını bildirən etirazçılar Ermənistan hakimiyyətindən narazı olduqlarını ifadə edən şüarlar səsləndiriblər. Aksiyanın sonunda Ermənistanın Rusiyada yerləşən səfirliyinə bəyanat təqdim olunub.