Bakı sakini Lənkəranda boğuldu

26 İyun 2015 23:49 (UTC+04:00)



"Report"un məlumatına görə, boğulma hadisəsi Liman şəhərində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Badamdar qəsəbə sakini 1987 -ci il təvəllüdlü İbrahimov Seyfulla İsmayıl oğlu dənizdə çimərkən dostlarından ayrıldıqdan sonra batıb. Bir qədər sonra onun cəsədi suda tapılıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.