Tətil günləri şou olacaq

16 Oktyabr 2012 13:21 (UTC+04:00)
Noyabr ayında məktəblilərin tətil günlərində Heydər Əliyev Sarayında möhtəşəm bir şou-tamaşa göstəriləcək.

Moskva teatrının iştirakı ilə "Ələddin-Yeni sərgüzəştlər" adlı unikal 3D şou tamaşası təqdim olunacaq.

Noyabrın 16-da baş tutacaq şouda "Sehrli" eynəklərin köməyi ilə tamaşaçılar musiqili, super-effektli, rəngarəng kostyumlu, fantastik çevrilmələrlə dolu qeyri-adi əhvalatın içinə düşəcək və tamaşanın bilavasitə iştirakçısına çevriləcək.

Qeyd edək ki, şounun sonunda 3D "möcüzəli eynəkləri" hədiyyə olunacaq.

Bahar Rüstəmli
AzNews.az