Fikrət Qoca gileyləndi: “Polad Bülbüloğlu Rusiyada...”

27 İyun 2015 09:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Publika.az-a açıqlama verən şair şeirlərinə bəstənmiş mahnılarından danışıb: "Bir vaxtlar Azərbaycanın ən gözəl bəstəkarları mənim şeirlərimə mahnılar bəstələyib. Son vaxtlar bəstəkarların sayı çoxalıb, amma yaxşı mahnıların sayı azdır. Buna görə də şeirlərimə hər bəstəkarın mahnı bəstələməsini istəmirəm. Dostum Polad Bülbüloğlu Rusiyada yaşayır, Ramiz Mirişli dünyasını dəyişib. Onların bəstələdikləri mahnılar bu gün də dillər əzbəridir. Həmin mahnıların mətnləri külliyatımın 7-ci cildində yer alıb".