“Qanuni oğru”ların “sxodka”sına polis basqını - 6 nəfər tutuldu
27 İyun 2015 10:32 (UTC+04:00)
AzNews.az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə RF DİN Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
"Sxodka"nın keçirildiyi mehmanxanada polis özünü "qanuni oğru" kateqoriyasına aid edən, cinayət sferasının liderləri və fəal iştirakçıları olan 6 nəfəri saxlayıblar.
Torçik ləqəbli "avtoritet"in üzərində 3 qr narkotik maddə aşkarlanıb. Fakt üzrə cinayət işi başlanıb.
Saxlanılanlar Rusiya DİN-in Filevski rayonu üzrə şöbəsinə aparılıblar.
Aydan Axundova