Dələduzluqla məşğul olan şəbəkə tutuldu
16 Oktyabr 2012 17:28 (UTC+04:00)
İspaniya polisi dələduzluqla məşğul olan şəbəkə aşkarlayıb. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə gərə, çirkli pulları yumaqla məşğul olan şəbəkə üzvlərinə çinlilər başçılıq edib.
Həbs olunan 60 nəfərin arasında Madrid rayonlarının birinin bələdiyyə üzvü var. İspaniya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatda 300 polis əməkdaşı iştirak edib.
AzNews.az