Daha 5 cüdoçumuz mübarizəyə qoşulur

27 İyun 2015 10:45 (UTC+04:00)
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, idmançılar 5 çəki dərəcəsində mübarizə aparacaq.

Yığmamızın 5 üzvü bu gün meydana çıxacaq.

27 iyun
Cüdo
Kişilər
90 kq


Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. O, portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüşün saat 13:00-da başlayacağı gözlənilir.

100 kq

Bu çəkidə Azərbaycanı iki idmançı təmsil edəcək. Dünya çempionu Elxan Məmmədov 1/16 final görüşündə Zlatko Kumriçlə (Xorvatiya) üz-üzə gələcək. Görüşün saat 12:24-də başlayacağı nəzərdə tutulub.

Bayraqdarımız Elmar Qasımov mübarizəyə 1/8 finaldan qoşulacaq. O, bu mərhələdə Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Görüş saat 13:54-ə nəzərdə tutulub.

+100 kq

Bu çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Görüş saat 12:06-da başlayacaq.

Qadınlar
78 kq


Qadınların yarışında ölkəmizi Günel Həsənli təmsil edəcək. 18 yaşlı idmançımız 1/16 final mərhələsində Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 12:42-də başlayacaq.