Amerikalılara Putinin şəkli olan mayka hədiyyə edildi - FOTO

27 İyun 2015 11:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Aksiyanın Rusiyada qeyd edilən Gənclər Günü ilə bağlı təşkil edildiyi deyilir.

Nyu-York şəhərinin sakinlərinə Rusiya haqda suallar verilib. Cavabları düzgün tapan şəxslərə Rusiya prezidenti Vladimir Putinin şəkli olan mayka, matryoşka, müqəddəs dini şəxslərin fotolarını özündə əks etdirən təqvimlər, Moskvanın şəkilləri olan açıqcalar hədiyyə edilib.

"Aksiyanın məqsədi ABŞ vətəndaşının Rusiya haqda bilgilərinin artırılması olub. Şəhər sakinlərinə isə ən asan suallar verilib. Ərazicə dünyanın ən böyük ölkəsi hansıdır? 2-cü Dünya Müharibəsində əldə edilən qələbəyə görə daha çox hansı ölkənin xidməti olub? Bu sualların çoxuna isə düzgün cavab verilməyib", - deyə aksiyanı təşkil edən "Amerikanın rus gəncləri" təşkilatının rəsmisi İqor Koçan bildirib.