Türk əsgərlərinə “hazır ol!” əmri verildi – Suriya ilə sərhəddə
27 İyun 2015 11:36 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "hurriyet" qəzeti yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə 90 kilometrlik sərhəd ərazisində "hazır ol!" əmri verilib.
Suriya sərhədindəki Öncüpınar və Cilvegözü məntəqələrinin İŞİD-in nəzarətinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, Suriya sərhədində Türk əsgərləri ilə İŞİD yaraqlıları iyun ayının 13-də qarşı-qarşıya gəlmişdi. O zaman İŞİD-in nəzarətində olan Tel Abyaddan qaçaraq Akçakale sərhədinə toplaşan suriyalılar Türkiyəyə keçmək istəyəndə gərginlik yaranmışdı.
Əllərində silahlarla bölgəyə gələn İŞİD yaraqlıları sərhəd xəttində gözləyən suriyalıların evlərinə dönmələrini istəmişdi.