Üzgüçülük: Böyük Britaniya finalda özünə arxayındır

27 İyun 2015 16:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, üzgüçülük üzrə 4x200 metr məsafəyə sərbəst ötürmə növündə keçirilmiş yarışlarda Böyük Britaniyanın finala vəsiqə qazanmış komandası, rəqibləri ruslar, hollandlar və almanlardan ibarət üzgüçülük yığması ilə Bakı Su İdmanı Mərkəzində bugün axşam keçirilməsi planlaşdırılan həlledici final qarşılaşmasında favorit olduğunu iddia edir.

Böyük Britanıya, Almaniya, Hollandiya, İspaniya və İtaliya kimi ölkələrin irəlidə gedən komandalarından sonra 5-ci yerdə qərarlaşmış rus idmançıları, bir neçə dəfə qızıl medalın qalibi olmuş Arina Openişeva kimi güclü üzgüçüləri ilə finalda qızıl medal almaq şansını əldən verməyəcəyinə əmindir.

Böyük Britaniyalı üzgüçü Darki Deakin, rəqibi Rusiya ilə qarşılaşacağı görüş barədə belə deyib:

"Onlar dərində daha yaxşı qüvvə nümayış etdirəcəklər. Lakin 200 metrdən yuxarı bir məsafədə, bizim onlardan daha çox dərinliklə üzləşəcəyimiz gözlənilir. Ona görə də bu yarış bizim üçün uğurludur".

Rusiya yığmasında yalnız Arina Openışeva ən sürətli bir üzgüçünün olduğunu deyən britaniyalı Deakin, öz komandasında yer almış sürətli üzgüçülərinin sayının qarşı tərəfdən daha çox olduğunu da vurğulayıb:

"100 met məsafəyə sərbəst ötürmə kateqoriyasında, onlar həmin məsafəni 56 saniyəyə, 200 metr məsafədə isə 55,5 saniyəyə getmək niyyətindədirlər. Bu halda onların bir üzgüçüsü, Arina Openışeva bu rekordun öhdəsindən gələ bilər, yəni o iki dəqiqə tənəffüs edə bilər. Lakin bizim bir neçə nəfər idmançımız da bunu bacara bilər".

Bunu, 200 metr məsafəyə fərdi kompleks kateqoriyası üzrə yarışlarda, gümüş və bürünc medalçılarından istifadə edəcək Hollandiya və Almaniya üçün də söyləmək olar. Belə ki, hollandıyalı Marrit Stinberq və alman Leonie Kullman da iki dəqiqə yarım müddət ərzində üzgüçülük nümayiş etdirməyə qadir üzgüçülərdir.

Bugün səhər saatlarında baş tutmuş kişilər arasında 50 metr məsafəyə sərbəst kateqoriya üzrə yarışda, İsrailin Ziv Kalontarov adlı üzgüçüsü, 22,62 saniyəlik vaxtla hovuzun ən sürətli idmançısı olub.

Qadınlar arasında isə batterflay növü üzrə qızıl medalçı olmuş rusiyalı Polinaa Yeqorova 27,38 saniyədə ən sürətli idmançı olub. Bu qarşılaşmada Hollandiyanı təmsil edən Josein Vijxuisdən və alman Jana Zinnekerdən isə onu izləyib.