Ərdoğan Bakıda bu qızı örnək göstərdi

16 Oktyabr 2012 19:07 (UTC+04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısında dünyada və Türkiyədə baş verən terror hadisələrini pisləyən bəyanatla çıxış edib.

AzNews.az-ın haberturk-ə istinadən verdiyi məlumata görə, Baş nazir çıxışında Pakistanda Taliban tərəfindən başından vurularaq yaralanan 14 yaşındakı Malala Yusufzay və İstanbulda vəhşicə öldürülən universitet tələbəsi Fatmanur Poladın adını çəkməklə nümunə göstərib: "Gənc qızımız Malalaya edilən terror hərəkətini bağışlamaq olmaz. Bənzər bir hadisəni biz də İstanbulda universitet tələbəsi olan bir qızımızla yaşadıq. Bu hadisələr çox təəssüf ki, hər gün artır".

Baş nazir daha sonra ötən il Norveçdə baş verən hadisəni də yada salıb: "Norveçdə yaşananlar da bunun bir nümunəsidir".

Ədil Hüseynli
AzNews.az