Səhiyyə idarəsinin rəhbəri istefa verdi

17 Oktyabr 2012 04:07 (UTC+04:00)
Avropa İttifaqının səhiyyə idarəsinin rəhbəri Con Dalli istefa verib. APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Dalli bu addımı Aİ məmurlarının ittifaq çərçivəsində tütün istehsalının lobbiçilik etməsinə dair aparılan araşdırmanın sona çatmasından sonra atıb.

Aİ-nin korrupsiyaya qarşı strukturunun müstəntiqləri müəyyən ediblər ki, maltalı Dalli öz həmyerlisi ilə tütün istehsalı üzrə İsveçin "Swedish Match" şirkətinə pul müqabilində "tütün barədə qanunvericiliyə təsir göstərə bilməsi" barədə təklif ediblər. Dalli bu iddiaları qəti şəkildə rədd edir.

AzNews.az