TASS-dan “Bakı 2015” xərcləri barədə xəbərə - Düzəliş
28 İyun 2015 18:27 (UTC+04:00)
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov məlumat verib.
Xatırladaq ki, əvvəl bəzi mətbuat orqanları TASS-a istinadən açılış və bağlanış mərasimlərinə təqribən 240 milyon manat (229 milyon dollar) vəsaitin xərclənməsi barədə məlumat yaymışdı.
TASS-ın məlumatına əsasən, A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinə büdcədən əlavə məbləğ tələb olunmayıb və xərclər 100 milyon manatdan (95 milyon dollar) az olub.