“Bakı-2015”: Almaniya voleybolçuları qızıl medal aldı
28 İyun 2015 20:37 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Rusiya da öz növbəsində Polşanı 3-1 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.
İki komandanı çox az xal ayırırdı, amma Rusiya İliya Vlasovun gözəl bloku ilə birinci seti 26-24 hesabı ilə öz xeyrinə başa vura bilib.
Polşa ikinci setdə yenidən mübarizəyə atılaraq hesabı 25-23 hesabı öz xeyrinə başa vurub. Belə ki, güclü polşalı Damian Voctajek Rusiyanın parlaq oyununa qarşı çox çalışıb.
Amma B qrupunda ikinci olmuş rusiyalılar yenidən təşəbbüsü ələ alaraq, bürünc medalı rəsmiləşdirmək üçün üçüncü setdə 25-23 hesabı ilə qələbə çalıb.
Dördüncü setdə Polşa beş xallıq fərqi aradan qaldırıb hesabı 20-20 etməklə oyunu taym-brekə doğru apararkən Vlasovun güclü oyunu və superulduz Viktor Poletayev sayəsində Rusiya oyunda 25-23 hesabı ilə özlərinin qələbə möhürünü qoya bilib. Vlasov qələbə barəsində belə danışıb:
"Mənim daxilim indi emosiyalarla doludur. Əgər bu matçı uduzsaydıq onda biz heç nə əldə edə bilməyəcəkdik. Bizim üçün heç olmasa bürünc medal qazanmaq vacib idi".
O, Rusiyanın rəqiblərinə də lazımi qiymət verib:
"Polşa ilə oyun çox çətin oldu. Onlar yaxşı təşkil olunmuş komandadır və müdafiədə əla oynayırlar".
Rusiyalı məşqçi Sergey Şlyapnikov deyib ki, o öz komandasının səylərinə görə çox fəxr edir:
"Mən nəticədən razıyam. Komandamız gəncdir və əsas heyətdə oynamaq üçün perspektivləri vardır".
Oyundan sonra, ruhdan düşmüş polşalı Szimon Romak deyib:
"Əlbəttə ki, biz məyusuq. Gərgin mübarizə apardıq ki, oyunu geri qaytaraq, amma bu bəs etmədi. Hər iki tərəf əla oynadı, amma biz çoxlu səhvlər buraxdıq və Rusiya komandası bundan istifadə edə bildi".
Məyus olmuş polşalı David Komarski bunları əlavə edib:
"Biz bura medallar qazanmağa gəlmişik. Ola bilsin ki, qızıl olmasa da heç olmasa gümüş yaxud bürünc medal qazana bilərdik. Biz dördüncü yerə çıxdıq. Ola bilsin bu pis nəticə deyil, amma biz bundan daha çoxunu əldə etmək istəyirdik".