Sarkisyan elektrik enerjisi ilə bağlı qərarını ləğv etdi

28 İyun 2015 21:14 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, Ermənistan hökuməti elektrik enerjisi xərclərini öz üzərinə götürüb.

"Ermənistan Elektrik Şəbəkələri" QSC 2006-cı ildən bütövlükdə Rusiyanın "İNTER RAO Vahid Elektrik Şəbəkələri" konserninə məxsusdur. Lakin bu qərarı "Ermənistan Elektrik Şəbəkəsi" şirkətində audit yoxlamaları başa çatanadək icra olunacaq.

İyunun 17-sində hökumətin elektrik enerjisi tariflərini yüksəltməsilə bağlı qərarı paytaxt İrəvanda minlərlə insanın etirazlarına səbəb olmuşdu.

Baqramyan prospektində baş tutan aksiyaların ilk günündə polislə qarşıdurmalar da yaşanmış, nəticədə azı 20 nəfər xəsarət almışdı.

Hökumətin aksiya zamanı baş vermiş zorakılıqlarla əlaqədar hansı addımlar atacağı isə hələlik məlum deyil.

Polislə qarşıdurmalar zamanı xəsarət alanlar arasında jurnalistlər də var.