Kapello: “Meydanda təkcə biz yox, rəqib də var idi“

17 Oktyabr 2012 04:19 (UTC+04:00)
"Mən hələ dünən dedim ki, Azərbaycanla oyun asan olmayacaq. Rəqib bundan əvvəlki iki oyunda ilk hissədə qol buraxmırdı. Foqtsun rəhbərliyi altında çox nizamlı oynayırlar. Bütün bu keyfiyyətlərini bizimlə oyunda da göstərdilər. Amma qələbə bizim üçün önəmli idi ki, onu da qazandıq".

Bu sözləri Rusiya millisinin baş məşqçisi Fabio Kapello millimizlə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, Rusiyalıların qol epizodları oldu. "Ancaq istifadə edə bilmədik. Tez də qol vura bilərdik. Kombarovun imkanı olsa da, qol alınmadı. Bununla belə, meydanda təkcə biz yox, rəqib də var idi. Onlar imkan vermirdilər. Qoldan sonra bizim daha iki imkanımız da oldu", - o deyib.

AzNews.az