İrəvanda vəziyyət gərginləşdi - Polis güc tətbiq edəcək
28 İyun 2015 22:41 (UTC+04:00)
AzNews.az xəbər verir ki, trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Ermənistan polisi etirazçıları güc tətbiq etməklə hədələyib.
Ermənistan polisinin rəisi Vladimir Qasparyan nümayişçilərə prospekti boşaltmaq üçün 30 dəqiqə verib. Polis nümayişçilərin artıq mikrofonlarını və dinamiklərini alıb.
Prospektə polis qüvvələri və xüsusi texnika cəlb edilib.