“Baku2015“in son gününün ən yaddaqalan - FOTOLARI

29 İyun 2015 01:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mərasim şoumen Murad Dadaşov və aparıcı Hüsniyyə Məhərrəmovanın çıxışları ilə başlayıb. Daha sonra "Oyanış" adlandırılan səhnə nümayiş olunub. "Oyanış"da rəngbərəng xalça ilmələri canlandırılıb. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilib və geriyə sayım bitdikdən sonra möhtəşəm şou başlayıb.

Mərasimə Prezident İlham Əliyev və xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki də qatılıb.

Həmin möhtəşəm şoudan ən yaddaqalan məqamları əks etdirən fotoları təqdim edirik: