Prezident səhvini etiraf etdi

17 Oktyabr 2012 04:21 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Benqazidəki konsulluqda baş verən faciəyə görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə o, seçkiöncəsi debatlarda çıxış edərkən bildirib. "Mən prezidentəm və məsuliyyət mənim üzərimə düşür" deyə prezident vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl hadisələrə görə məsuliyyəti dövlət katibi Hilları Klinton üzərinə götürmüşdü. Obama çıxışında bir daha günahkarların cəzalandırılacağını vəd edib.

Məlumat üçün bildirək ki, hadisədən sonra Pespublikaçılar Partiyasından prezidentliyə namizəd Mitt Romni Benqazidəki hadisələrə görə Obama Admnistrasiyasını ittiham edərək diplomatik nümayəndəliklərin mühafizəsinin yaxşı təşkil edilmədiyini vurğulamışdı.

Elnarə Əlosmanqızı
AzNews.az