Qəbələdə sex yandı
29 İyun 2015 08:40 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Tüntül kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan sexin yanar konstruksiyaları 80 kv.m sahədə, içərisində olan dəzgah və 5 kub taxta materiallar yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.