“Gecələr səs salmayın” - İrəvan polisinin tələbi (VİDEO)

29 İyun 2015 09:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Məlumata görə, dünən gecə bir qrup etirazçı ilə İrəvan şəhər polis idarəsinin rəis müavini Valeri Osipyanla görüş olub. Görüşdə Osipyan mitinqçilərə bildirib ki, onların toplaşması qeyri-qanunidir.

Hazırda polislə etirazçılar arasında zibil qutularından ibarət bufer zonası yaradılıb.

Qeyd edək ki, İrəvan şəhərinin sakinləri ölkədə elektrik enerjisinin qiymətlərinin artırılmasına etiraz etmək üçün küçələrə axışıblar.