Neft yenə ucuzlaşdı

29 İyun 2015 10:10 (UTC+04:00)

AzNews.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, London birjasında "Brent" markalı xam neftin bir barrelinin qiyməti 1,28% və ya 0,81 dollar ucuzlaşaraq 62,45 dollara satılıb.

WTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti isə 1,46% və ya 0,87 dollar azalaraq 58,76 dollar olub.