Vaqif Cavadov: “Hakimin qərarı bizim planlarımızı korladı“

17 Oktyabr 2012 05:06 (UTC+04:00)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib: "Çox üzücü məğlubiyyətdi. Biz artıq Rusiyadan xal aldığımıza inanmışdıq. Hakimin qərarı bizim planlarımızı korladı. Amma eybi yoxdu. Bakıda qələbə qazanmağa çalışacağıq".

AzNews.az