Şirkət sahibi axtarışa verildi – 2 il davam edən 10 milyonluq qalmaqal - FOTO

29 İyun 2015 13:19 (UTC+04:00)

AzNews.az verir ki, "Birlik-İnşaat" MMC və "Hayan-E" MMC-nin rəhbəri Elman Tağıyev barəsində axtarış elan olunub. Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. Məlumata görə, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) , vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məcəlləsinin 308-ci maddəsi), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məcəlləsinin 319-cu maddəsi) və vergidən yayınmaqda (Cinayət Məcəlləsinin 213-cü maddəsi) təqsirləndirilir.



Qeyd edək ki, Tağıyev Elman Həsənqulu oğlu vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə 543 nəfər zərərçəkmiş şəxsdən 10 milyon 636 min 371 manat pulu alaraq mənimsəyib. Barəsində cinayət işi açılıb. Lakin sözügedən şəxs ölkədən qaçmağa nail olub.

Nigar