İki tanınmış şəxsin tərbiyəsiz facebook yazışması - FOTO (18+)

29 İyun 2015 15:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, onlar Azərbaycan şairi Məhəmməd Füzuli haqqında təhqiramiz ifadələr işlədib, onu heç bir əxlaqa sığmayan söyüşlərə "qonaq" ediblər. İki tanınmış qələm adamının bu cür tərbiyəsizliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

Şair Murad Köhnəqala teleaparıcı Nəsimi Nəbizadə ilə facebook yazışmasının real olduğunu AzNews.az-a təsdiq edib. O,söyüşlərini belə izah etməyə çalışıb: "Mən yenə də deyirəm ki, Nizami və Füzuli uzun illər yalnız ərəb və fars nağıllarını nəzmə çəkməklə məşğul olublar və həmin nağılların quluna çevriliblər. Bu fikirlərimə görə məni təhqir edirlər. Amma əminəm ki, o təhqir edənlər nə Nizamini, nə də Füzulini orijinaldan oxuyublar ".

AzNews.az həmin yazışmanın fotosunu təqdim edir:



Qeyd: Əgər bu, şəxsi yazışma olsaydı, söyüş ünvanı Azərbaycanın hansısa görkəmli şəxsiyyəti olmasaydı, onu xəbərə çevirib, kimlərinsə tərbiyəsizliyini tirajlamazdıq.