“WhatsApp” istifadəçiləri üçün - 10 faydalı tövsiyə

29 İyun 2015 15:40 (UTC+04:00)

AzNews.az İCTnews-a istinadən xəbər verir ki, "MacDigger" nəşri "iPhone" və "Android" qurğularda "WhatsApp"dan istifadə üzrə 10 ən faydalı tövsiyə və kömək təklif edir.

Ehtiyat köçürülməsi və məlumatların bərpası:

Mobil messencerin həm "iOS", həm də "Android" versiyası ehtiyat köçürülməsi, mesaj və başqa vacib məlumatların tarixçəsinin bərpası üçün daxili funksiyaya malikdir.

"WhatsApp" üçün "SİM" kart:

"WhatSim"dən istifadə ildə 11,60 dollara başa gələcək. Bu xüsusi "SİM" kartla dünyanın 150 ölkəsində 400 mobil operatora qoşulmaq mümkündür.

"WhatsApp" veb kliyenti:

"WhatsApp" messenceri rəsmi veb kliyentə malikdir, nəticədə kompüter vasitəsilə dostlarla ünsiyyət saxlamaq olar. Təəssüf ki, indi "WhatsApp" veb kliyenti rəsmən yalnız "Android", "Windows Phone" və "Blackberry 10" platformalarını dəstəkləyir.

"Push" bildirişlər:

Ceylbreyk olunmuş "iOS" qurğu sahibləri hansısa kontakt şəbəkəyə daxil olduqda və ya sizə mesaj yığmağa başladıqda "push" bildirişlər göndərən "OnlineNotify"dən istifadə edə bilər.

"WhatsApp" messenceri ilə zənglər:

"VoIP" səs rabitəsini dəstəkləmək üçün "WhatsApp" komandasına xeyli vaxt lazım olub. Nəhayət, çoxdan gözlənilən bu funksiya artıq əlçatandır. Bu funksiya həm "iPhone", həm də "Android" smartfonlarda işləyir.

İşçi masada "WhatsApp" bildirişləri:

"Chrome" brauzeri üçün "WAToolkkit" adlı xüsusi plaqin "WhatsApp" veb kliyentindən bildirişləri birbaşa işçi masada göstərəcək.

"WhatsApp" messencerinin "Android" qurğularda bloklanması:

Dostlarınızın sizin yazışmanızı oxumasını iztəmirsiniz? "Android" üçün "Messenger and Chat Lock" adlı mobil proqram pin-kodun köməyi ilə "WhatsApp"ı bloklayacaq.

"Android" qurğularda mesajların səslə oxunması:

"Android" qurğularda "Voice for WhatsApp" modifikasiyası əlçatandır ki, mobil proqram gələn mesajları səslə oxuya bilər.

"iOS" platformasında qeyri-məhdud sayda fotoşəkil göndərilməsi:

"WhatsApp" başlanğıc ayar kimi bir mesajda 10 fotoşəklin əlavə edilməsinə imkan verir. Bəzən kiməsə təcili çox fotoşəkil göndərmək lazımdır. "iPhone" qurğularda bu problemi həll etmək olar: sadəcə, "WhatsApp Unlimited Media" utilitini quraşdırmaq lazımdır.

Mesajların oxunması haqda hesabatların deaktiv edilməsi:

"WhatsApp" "iOS" və "Android" qurğuları üçün yeni funksiya (mesajın oxunması haqda hesabat) təqdim etdikdə hamını təəccübləndirib.