Sui-qəsd edilən baş prokuror öldü - Misirdə (Yenilənib)

29 İyun 2015 19:03 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, faktı ölkənin iki naziri təsdiqləyib.

***

17:51

Misirdə Baş Prokuror Hişam Bərəkətin getdiyi avtomobil partladılıb. Nəticədə, o, ağır yaralanıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Məlumata görə, hadisə paytaxt Qahirənin Heliopolis bölgəsində yerləşən Hərbi Akademiyanın yaxınlığında qeydə alınıb.

Partlayış zamanı Baş Prokuror da daxil olmaqla bir neçə nəfər yaralanaraq xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Terror aktını "Xalq Müqaviməti" adlı təşkilat öz üzərinə götürüb.