Türkiyə qırıcıları havaya qalxdı - Suriya üçün
29 İyun 2015 18:08 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.
Məlumata görə, həyəcan siqnalından sonra 2-ci Hava Qüvvələri Komandanlığının qırıcıları havaya qalxıb.
Buna səbəb kimi İŞİD-in Türkiyə sərhədinə yaxınlaşaraq ərazidə mina basdırılması göstərilir.
Türkiyə Silahlı Qüvvələrindən bildiriblər ki, əsgərlər qurudan, F-16 qırıcıları isə havadan istənilən hədəfə hücum etməyə hazırdırlar.