Daha bir qadın intihar etdi

17 Oktyabr 2012 05:28 (UTC+04:00)
Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1949-cu il təvəllüdlü Ağabacı Hacıağa qızı Babayeva yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az