Sərnişin avtobusu aşdı - 18 yaralı
29 İyun 2015 20:12 (UTC+04:00)
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə Volqoqrad vilayətində baş verib.
Qəza baş verən an avtobusda 27 sərnişin olub.
İlkin məlumatlara görə, hadisəyə səbəb "Neoplan" markalı avtobusun sürücüsünün idarəetməni itirməsi olub.