Almaniyada “dramatik” oyun

17 Oktyabr 2012 05:34 (UTC+04:00)


DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. "C qrupu"nun lideri Almaniya bu tur doğma azarkeşlər önündə İsveç yığmasını qəbul edib.

Futbol biliciləri bu oyunda meydan sahiblərinin şanslarını daha yüksək qiymətləndirirdi. Ancaq, Almaniya yığması özü də gözləmədən böyük təzyiqlə üzləşib. Bu təzyiq 2-ci hissədə meydan sahiblərini şoka salıb. İlk hissədə 3, 2-ci hissənin 56-ci dəqiqəsində daha bir qol vuran almanlar bütün azarkeşlərini sevindirməyi bacarıblar.

Böyük ölçüdə qalibiyyətlərini elan etdikərini düşünsələr də, İsveç yığması 2-ci hissədə təslim olmayıb. 62-ci dəqiqədən etibarən 4 qol vuraraq, hesabı bərabərləşdirməyi bacaran isveçlilər 4 – 4 hesabını tabloya yazmağı bacarıblar. Oyun bu hesabla da yekunlaşıb.

Elman Bakuvi
AzNews.az