Hollandiya pillə-pillə Braziliyaya

17 Oktyabr 2012 05:50 (UTC+04:00)
DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında daha bir oyun keçirilib. Türkiyə millisində yer aldığı "D qrupu"un lideri Hollandiya yığması Rumıniyanın qonağı olub. Hesabı 9-cu dəqiqə də meydan sahibləri açıb.

Hollandiya millisi 29-cu dəqiqədə hesabı bərabərləşdirib. Ancaq bu son olmayıb. Oyun ərzində daha 3 qol vuran "portağallar" matçı 4 – 1 hesabi ilə sona çatdırmağı bacarıblar. Hollandiya "D qrupu"nun vahid lideridir.

Elman Bakuvi
AzNews.az