İtaliya məğlubiyyəti sevmir

17 Oktyabr 2012 06:10 (UTC+04:00)


DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. "B qrupu"nun lideri bu tur öz meydanında Danimarkanı qəbul edib. Lider bu oyunda da böyüklüyünü nümayiş etdirib.

Oyunun 33-cü dəqiqəsində Monoliva hesabı açıb. 37-ci dəqiqədə kapitan De Rossi meydan sahiblərini önə keçirib. 2-ci hissənin 1–ci dəqiqəsində qonaqlar Kvinsin qolu ilə ümidləniblər.

Ancaq Balotelli bu ümidlərin üstündən xətt çəkib. 54-cü dəqiqədə fərqlənən Afrika əsilli oyunçu hesabı 3-1-ə çatdırıb. Bu oyunun yekun hesabı olub və İtaliya yığması növbəti 3 xalı aktivinə yazıb.

Elman Bakuvi
AzNew.az