Ermənistan hərbi əlaqələrini genişləndirir

17 Oktyabr 2012 05:40 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan İtaliyanın müdafiə naziri Admiral Jampaolo Di Paolanı qəbul edib.

AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər qarşılıqlı hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Daha sonra hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. İtaliyanın Müdafiə naziri də münasibətlərin indiki səviyyəsindən razılığını ifadə edib.

Sadiq Musa
AzNews.az