Avropa Oyunlarının ən yaddaqalan - Fotoları
30 İyun 2015 15:17 (UTC+04:00)
Bir çox innovativ idman növünü özündə cəmləşdirən oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olmipiya Komitəsi tərəfindən keçirildi. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışdı.
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.
Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
AzNews.az 17 gün ərzində keçirilən yarışlarda ən yaddaqalan və İlk Avropa Oyunlarının tarixinə düşmüş fotoları təqdim edir: