Poroşenko Ukraynanın NATO-ya girəcəyi tarixi açıqladı
30 İyun 2015 16:00 (UTC+04:00)
AzNews.az Avropa.info-ya istinadən xəbər verir ki, Ukraynanın islahatlar keçirməsi üçün bu qədər zamana ehtiyacı var. Bundan sonra NATO-ya üzvlük haqda referendum keçirilə bilər.
"Biz ölkənin iqtisadi, sosial, idarəetmə sahələrində köklü islahatlar aparmaq üçün işləyirik. Bu uzun işdir, bizə ən azı 6-7 il lazımdır. Hazır olduqda Ukrayna xalqının NATO-ya daxil olub-olmamaq haqda fikrini bilmək üçün referendum keçirəcəyik" - deyə Poroşenko bildirib.