İrəvanda nümayişçilər aclıq aksiyasına başlayıb

30 İyun 2015 22:04 (UTC+04:00)

APA-nın "news.am"-a istinadən verdiyi məlumata görə, onlar elektrik enerjisinin bahalaşması ilə bağlı qərarın ləğv edilməsini tələb edirlər.

Etirazçılar onlara yaxınlaşan İrəvanın polis rəisinin müavini Valeri Osipyana tələblərini təkrar ediblər. V.Osipyan jurnalistlərə vəziyyəti nəzarət altında saxladığını bildirib.