“Mercedes” dəmir çəpərə çırpıldı – Sürücü yaralandı

1 İyul 2015 09:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıblar.