Maye-qaz doldurma məntəqəsi partladı- Ölən var

17 Oktyabr 2012 06:36 (UTC+04:00)
Yevlaxda maye-qaz doldurma mənəqəsində partlayış olub, ölən var. AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 16-da saat 16.30 radələrində Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində, orada işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış baş verib.

Nəticədə Abdullayev hadisə yerində ölüb.

Ədil Hüseynli
AzNews.az