İnkassatoru soydular

17 Oktyabr 2012 06:42 (UTC+04:00)
Moskava ətrafında inkasatora basqın olub. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, silahlı şəxslər sürücünü və gözətçini yaralayaraq inkassatorda olan 1 milyon rubla yaxın vəsaiti götürüb qaçıblar.

Onların "Niva" markalı avtomobilə əyləşərək aradan çıxdıqları bildirlir. Cinayətkarların axtarışı istiqamətində əmillyat istintaq qrupu yaradılıb.

Sadiq Musa
AzNews.az