İrandan Azərbaycana BP çağırışı

17 Oktyabr 2012 06:45 (UTC+04:00)
"BP şirkəti Mərkəzi Asiya ölkələrində xam neft hasilatını dayandırarsa, İran yaranacaq enerji kəsirini aradan qaldırmaq üçün Azərbaycana yardım etməyə hazırdır".

APA-nın "Fars" xəbər agentliyinə istinadən xəbərinə görə, bunu həftəlik mətbuat konfransında İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə münasibətlərdə bütün potensialdan istifadə etməyə çalışır: "Biz dəfələrlə qonşularımızı ən çətin vaxtlarında dəstəklədiyimizi nümayiş etdirmişik". İran rəsmisi Qərb ölkələrini bölgədə qeyri-stabillik yaratmaq və region ölkələrinin resurslarını qarət etmək cəhdlərində ittiham edib.

AzNews.az