İstiqlalçı deputatlar bir arada

17 Oktyabr 2012 06:48 (UTC+04:00)


İstiqlalçı deputatlar Beynəlxalq Mətbuat Mərkəzində (BMM) toplandı. Bu barədə AzNews.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, BMM-də təşkil olunan tədbirdə Azərbaycanın 18 oktyabr 1991-ci ildə qazandığı müstəqillik müzakirə mövzusu olacaq.

A.Hacılı qeyd edib ki, toplantıya millət vəkilləri, jurnalistlər, tanınmış ictimai xadimlər qatılıblar.

İlkin Pirəli
AzNews.az