Edvard Snoudenin həyatı film oldu – VİDEO

1 İyul 2015 14:41 (UTC+04:00)

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, filmin süjetinin mərkəzində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin qaçaq agenti, internetdə dövlət sirlərini paylaşmış Edvard Snoudenin hekayəsidir.

Bu sirlər arasında ən böyük səs-küyə ABŞ hökumətinin öz vətəndaşlarını gizli izləməsi haqqında xəbər səbəb olub.

Bundan sonra, Snouden ABŞ-da casusluqda və bir sıra digər cinayətlərdə ittiham olunub, hazırda Rusiyada gizlənir.