Sabah “Neftçi” və “Qəbələ” yarışa çıxır – Avropa Liqası
1 İyul 2015 16:14 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "Neftçi" Bakıda "Mladost" klubunu qəbul edəcək.
Qarşılaşma saat 21:00-da başlayacaq və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
"Qəbələ" klubu isə səfərdə Tiflis "Dinamo"sunun qonağı olacaq.
Bu matç da saat 21:00-da başlayacaq və AzTV vasitəsilə canlı yayımlanacaq.