bp-nin yeni vitse-prezidenti bəlli oldu

17 Oktyabr 2012 07:10 (UTC+04:00)
"BP Azerbaijan" şirkətinin quyular üzrə yeni vitse-prezidenti BP-nin Şimal dənizindəki layihəsində analoji vəzifədə çalışan Cim Kovei olacaq. Bu barədə çərşənbə günü Trend-ə respublikanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Kovei noyabrın 15-dən bu vəzifədə ВР-nin Quyular üzrə İnstitutunun vitse-prezidenti təyin edilmiş Qari Krismanı əvəz edəcək.

Bir müddət əvvəl "BP Azerbaijan" şirkətinin mətbuat ofisinin rəhbəri Tamam Bayatlı şirkətdəki bütün yerdəyişmələrin planlaşdırılmış olduğunu bildirib. Ötən həftə şirkətin boru kəmərləri və terminallar üzrə vitse-prezidenti Kemp Koplend təqaüdə çıxıb.

Şirkətdən qeyd ediblər ki, BP-də bütün yerdəyişmələr həyata keçirilməzdən xeyli əvvəl olduqca diqqətlə planlaşdırılır və son vaxtlar baş verən dəyişmələr məhz bunun bariz nümunəsidir.

AzNews.az