Fəlsəfə doktoru diplom satarkən həbs olundu… - EKSKLÜZİV

17 Oktyabr 2012 07:21 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Kamal oğlu Nəcəfovu akademiyanın həyətində həbs ediblər. AzNews.az-ın məlumatına görə, Ceyhun Nəcəfov Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin saxta diplomlarını satarkən yaxalanıb. Onunla birgə Gəncədə fəaliyyət göstərən ali məktəblərdən birinin dekanı da həbs olunub.

Məlumatı dəqiqləşdirmək üçün AMEA-nın müvafiq institutu ilə əlaqə saxladıq, fakt öz təsdiqini tapdı.

Olayla bağlı cinayət işi açılıb və istintaq gedir.

İlkin Hüseynli
AzNews.az