Qədir Rüstəmov haqda film

17 Oktyabr 2012 07:24 (UTC+04:00)


Xalq artisti, mərhum sənətkar Qədir Rüstəmovla bağlı sənədli film çəkiləcək. Sənətkarın həyat yoldaşının sözlərində görə, sözügedən film Q.Rüstəmovun ildönümünə kimi hazır olacaq: "Dövlət tərəfindən bir çox işlər nəzərdə tutulub.

Film çəkilməsi, kitab yazılması, disk və albomlar işıq üzü görməlidir. Yəni, bu işlər Qədirin dünyadan köçməsinin bir ili tamam olana kimi başa çatmalıdır". Onu da qeyd edək ki, sənətkarın il mərasimi Təzə-Pir məscidində keçiriləcək.

Bahar Rüstəmli
Aznews.az